Boksçu Roy Cons Mayk Taysonla döyüşünün təxirə salındığına görə təzminat tələb edib
Boksçu Roy Cons Mayk Taysonla döyüşünün təxirə salındığına görə təşkilatçılardan təzminat tələb edib.

Bu barədə TASS-a idmançının meneceri Zsolt Barna məlumat verib.

O, qeyd edib ki, R.Cons sentyabrın 12-də M.Taysonla döyüşməyə tam hazır idi. Lakin rəqibin komandası döyüşü təxirə salmağa qərar verib. Menecer hər iki tərəfin vəkillərinin kompensasiya ilə bağlı qarşılıqlı razılıq üzərində işlədiklərini vurğulayıb.
Əvvəl əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında döyüşün sentyabrın 12-də keçiriləcəyi planlaşdırılsa da, sonradan mübarizədən əldə olunan gəlirləri artırmaq məqsədilə M.Taysonun komandası döyüşü təxirə salıb. Yeni tarixə görə qarşılaşma noyabrın 28-də baş tutacaq. Döyüş Kaliforniya ştatında keçiriləcək və 8 raunddan ibarət olacaq.
Əlli üç yaşlı Mayk Tayson karyerası ərzində 58 döyüş keçirib. Onların 50-də qələbə (44-ü nokautla) qazanan dünya şöhrətli boksçu 6 qarşılaşmadan məğlub ayrılıb. Roy Consun hesabında 47-si nokautla olmaqla 66 qələbə var.


Xəbər 823 dəfə oxundu.