AFFA KİV nümayəndələri üçün seminar təşkil edib
Avqustun 20-də AFFA-nın Hakimlər Komitəsi tərəfindən KİV nümayəndələri üçün seminar keçirilib.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar videokonfrans formatında keçirilən seminarda oyun qaydaları, qarşılaşmalarda rast gəlinən mübahisə doğuran məqamlar barədə məlumat verilib.

Hakimlər Komitəsinin sədri Fritz Stuçlik seminar iştirakçılarının suallarını cavablandırıb.

Xəbər 597 dəfə oxundu.