Maltanın “Valetta” klubu Çempionlar Liqasının tarixinə düşüb
Maltanın “Valetta” klubu Çempionlar Liqasının (ÇL) tarixinə düşüb. İdman.com.az saytının məlumatına görə, I təsnifat mərhələsində Andorranın “Tre Penne” klubunun qapısından 8 cavabsız qol keçirən maltalılar 1992-ci ildən tarixi başlayan ÇL-də 2-ci ən böyük hesablı qələbəyə imza atıb.

20 illik tarixdə yalnız Finlandiyanın HİK komandası daha fərqli qələbə qazanmışdı. Skandinaviyalılar Uelsin “Banqor Siti” klubunu evdə 10:0 hesabı ilə məğlub etmişdi. İkinci göstəricinin müəllifi olan “Valetta” özündən əvvəl 8:0 hesabı ilə qalib gələn digər 4 kluba şərik olub. Bu 4 komanda – “Dinamo” (Kiyev, Ukrayna), “Koşitse” (Slovakiya), “Liverpul” (İngiltərə) və “Partizan” (Serbiya) idi.

Xəbər 944 dəfə oxundu.