AFFA prezidenti milli komandanın baş məşqçisi ilə görüşüb
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev milli komandanın baş məşqçisi Canni De Byazi ilə görüşüb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, assosiasiyanın prezidenti baş məşqçiyə yeni işində uğurlar arzulayıb.

Canni De Byazi Bakıda olduğu müddətdə Premyer Liqa klublarının iştirakı ilə keçirilmiş yoxlama oyunlarını və bir neçə klubun məşq prosesini izlədiyi barədə məlumat verib.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun və icraçı vitse-prezidenti Elxan Məmmədovun da iştirak etdikləri görüşdə UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək oyunlara hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Xəbər 602 dəfə oxundu.