“Qəbələ” klubu braziliyalı futbolçu ilə anlaşa bilməyib
“Qəbələ” klubunun braziliyalı futbolçunu transfer etmək istəyi baş tutmayıb.

Komanda bu ölkənin “Vitoriya” klubunun futbolçusu Eronildo dos Santos Roşanı heyətinə qatmaq istəsə də, keçid alınmayıb. “Qəbələ” 22 yaşlı hücumçunu icarəyə götürmək istəyib. Ancaq bölgə təmsilçisinin təklifi “Vitoriya”nı razı salmadığından Roşanın “Qəbələ”yə keçidi baş tutmayıb.

Qeyd edək ki, Eronildo dos Santos Roşa Braziliyanın U-17 yığmasının formasını geyinib.

Xəbər 713 dəfə oxundu.