Futbolçularımız 0:3 hesabı ilə məğlub olublar
DFB - Federasiyalar Kubokunda 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, Almaniyanın Duysburq şəhərində təşkil olunmuş yarışda Nikolay Adamın yetirmələri Baden bölgəsinin komandası ilə qarşılaşıblar.

Qarşılaşmada futbolçularımız 0:3 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, millimiz turnirdə bundan öncə “Saarland”la 2:2 hesablı heç-heçəyə nail olub, Berlin bölgə komandasına 0:3 hesabı ilə uduzub.

Apasport.az

Xəbər 881 dəfə oxundu.