“Neftçi” klubu Ukraynanın “Karpatı” komandasının hücumçusunu transfer edə bilər
Bakının “Neftçi” futbol klubu hücumçu axtarışlarını davam etdirir.

Paytaxt təmsilçisi Ukraynanın “Karpatı” klubunun forvardı Matar Dieye ilə danışıqlara başlayıb. İyirmi iki yaşlı seneqallı bu ilin əvvəlində “Karpatı”ya keçib.

Qeyd edək ki, mərkəz hücumçusu Ukrayna çempionatının sonuncu mövsümündə 3 oyuna çıxıb və 1 qol vurub.

Xəbər 656 dəfə oxundu.