MBA: “Orlando Mecik” klubu “Miluoki Baks”a qalib gəlib
Milli Basketbol Assosiasiyasının (MBA) pley-off mərhələsində mübarizə davam edir.

Mərhələ çərçivəsində “Miluoki Baks” “Orlando Mecik”lə qarşılaşıb.

Orlandoda keçirilən görüşə meydan sahibləri daha yaxşı başlayaraq birinci hissədə qalib gəliblər – 33:23. “Miluoki Baks” çox çalışsa da, fasiləyədək 10 xallıq fərqi azalda bilməyib. Digər hissələrdə də inamlı təsir bağışlayan Orlando basketbolçuları yekunda 122:110 hesabı ilə qələbə qazanıblar.

Oyunun ən yaxşısı Nikola Vuçeviç olub. “Orlando Mecik”in basketbolçusu 35 xal, 14 ribaund, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 656 dəfə oxundu.