Bu gün Belçikada “Tur de Vallonie” veloyürüşünə yekun vurulacaq
Avqustun 19-da Belçikada “Tur de Vallonie” veloyürüşünə yekun vurulacaq.

İştirakçılar “Tur de Vallonie” veloyürüşünün üçüncü mərhələsində 192 kilometr məsafə qət ediblər. İrlandiya velosipedçisi Sem Bennet finiş xəttini rəqiblərindən tez keçib. O, 4 saat 42 dəqiqə 25 saniyəlik nəticə göstərib. Fransalı Arno Demar ikinci olub. İlk üçlüyü isə almaniyalı Con Deqenkolb tamamlayıb.

Ümumi yarış cədvəlinə A.Demar başçılıq edir. O, 12 saat 57 dəqiqə 28 saniyəlik nəticə ilə birincidir. Belçikalı A.Kapyö liderdən 16 saniyə geri qalır. Yeni zelandiyalı Ceyms Fouç isə üçüncüdür.

Xəbər 616 dəfə oxundu.