FIFA20 üzrə Bakı açıq onlayn birinciliyinin qalibləri müəyyənləşib
FIFA20 üzrə onlayn qaydada keçirilən Bakı açıq birinciliyi başa çatıb.

Azərbaycan Kiber İdman Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən AFFA-nın və “Gaming League Azerbaijan”ın dəstəyi ilə təşkil olunmuş turnirdə 12 yaşdan yuxarı 98 gənc iştirak edib.

Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Tural Həsənovun “Tural_GarFio” komandası birinci olub. Ayxan Əliyevin “Death_Stroke” və Fərhad Ağayevin “Vivalayedder” komandaları ilk üçlüyü tamamlayıblar.

Xəbər 609 dəfə oxundu.