AFFA KİV nümayəndələri üçün videokonfrans formatında seminar keçirəcək
Avqustun 20-də AFFA-nın Hakimlər Komitəsi KİV nümayəndələri üçün videokonfrans formatında seminar keçirəcək.

Saat 11:00-da başlayacaq seminarda oyun qaydaları ilə bağlı ən son yeniliklər mətbuat nümayəndələrinin diqqətinə çatdırılacaq.

İştirak etmək istəyən KİV nümayəndələrinin bu gün saat 17:00-dək ipr@affa.az ünvanında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat başa çatdıqdan sonra videokonfransa qoşulmaq üçün müvafiq texniki detallar KİV nümayəndələrinin e-mail ünvanına göndəriləcək.

Xəbər 553 dəfə oxundu.