Azərbaycan çempionatları tarixində eyni komandada ən çox qol vuran futbolçunun adı açıqlanıb
Azərbaycan çempionatları tarixində eyni komandada ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdur.

O, “Qarabağ”ın heyətində 109 dəfə fərqlənib. “Neftçi”də 99 top vuran Samir Ələkbərovu “100”dən bir qol ayırır. İlk “üçlüy”ü ölkə çempionatlarının ən yaxşı bombardiri Nazim Əliyev və Alay Bəhramov qapayırlar. Onlar müvafiq olaraq Sumqayıt “Xəzər”i və “Viləş”də 93 dəfə fərqləniblər. İlk “onluq”da “Neftçi” və “Kəpəz” daha çox - hərəyə üç futbolçu ilə təmsil olunub.

Xəbər 700 dəfə oxundu.