“Neftçi”nin 5 futbolçusu U-19 millimizə dəvət alıb
Avqustun 19-da Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb.

Hazırlıq prosesinə “Neftçi” klubunun 5 üzvü dəvət olunub. Bunlar Fərid Yusifli, Ramin Tağıyev, Mirəli Əhmədov, Valeh Qəhrəmanlı və Emin İsgəndərlidir.

Təlim-məşq toplanışına avqustun 26-da yekun vurulacaq.

Xəbər 560 dəfə oxundu.