Ronald Kuman “Barselona”nın yeni baş məşqçisi təyin olunub
Niderland millisinin baş məşqçisi Ronald Kuman İspaniyanın "Barselona" futbol komandasının baş məşqçisi təyin olunub.

Bunu "Barselona" klubunun prezidenti Xosep Bartomeu deyib.

Klub rəhbəri bildirib ki, bir müddət əvvəl istefaya göndərilən Kike Setyenin əvəzinə baş məşqçi postuna 57 yaşlı Kuman gətirilib. Prezident eyni zamanda kapitan Lionel Messinin də komandada qalacağını söyləyib.

Xəbər 563 dəfə oxundu.