Lənkəran və Balakən şahmatçıları arasında yoldaşlıq görüşü keçiriləcək
Avqustun 23-də “Təhsil” Respublika İdman Mərkəzi Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası ilə Balakən rayonu Uşaq Gənclər İdman-Şahmat məktəbinin yığması arasında yoldaşlıq görüşü keçiriləcək.

Sürətli şahmat üzrə keçiriləcək turnirdə 16 yaşadək şahmatçılar iştirak edəcəklər. Turnir “Lichess.org” platforması üzərindən onlayn formatda təşkil olunacaq.

Xəbər 553 dəfə oxundu.