“Sumqayıt”ın baş məşqçisinin köməkçisi müəyyənləşib
"Sumqayıt" futbol klubu yeni məşqçi ilə müqavilə imzalayıb. Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib.

“Sumqayıt” ispaniyalı mütəxəssis Jerar Merino Elqarrista ilə razılığa gəlib. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gələcək. Avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək matç saat 20:00-da başlanacaq.

Xəbər 596 dəfə oxundu.