“Racing Point” komandası “Global Racing Series”də iştirakını təsdiqləyib
Formula 1 üzrə dünya çempionatında çıxış edən “Racing Point” komandası yeni virtual yarış - “Global Racing Series”də iştirakını təsdiqləyib.

Komandada Lukas Bleykli və Daniele Haddad mübarizə aparacaqlar. Üçüncü sürücünün adı isə yaxın həftələrdə məlum olacaq.

Virtual çempionat yeddi mərhələdən ibarət olacaq. Bu mərhələlərin hər birində komanda yarışları, estafet və sprint yürüşləri baş tutacaq.

Çempionatda müxtəlif avtoyürüş seriyalarından, eləcə də avtomobil sənayesindən səkkiz komanda iştirak edəcək.

Xəbər 609 dəfə oxundu.