“Sabah”ın futbolçusu Moldova yığmasına dəvət alıb
Futbol üzrə Moldova millisinin Millətlər Liqasında keçirəcəyi iki oyun üçün geniş heyəti açıqlanıb.

Türkiyəli baş məşqçi Engin Firat 28 futbolçuya dəvət göndərib. Bakının “Sabah” klubunda çıxış edən Yevgeni Koçuk da seçməyə dəvət alıb.

Qeyd edək ki, Moldova yığması sentyabrın 3-də Kosovonu qəbul edəcək, 3 gün sonra Sloveniyanın qonağı olacaq.

Xəbər 604 dəfə oxundu.