AFFA-nın əməkdaşı beynəlxalq oyuna təyinat alıb
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik yeni təyinat alıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, o, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şaxtyor” (Belarus) – “Sfintul Gheorghe” (Moldova) oyununun hakim-inspektoru olacaq.

Görüş avqustun 27-də Belarusun Soliqorsk şəhərindəki “Stroitel” stadionunda keçiriləcək.

Xəbər 613 dəfə oxundu.