MHL: “Kolorado Evelanş” növbəti qələbəsini qazanıb
Milli Hokkey Liqasında (MHL) pley-off mərhələsinin növbəti oyunu olub.

“Kolorado Evelanş” klubu “Arizona Koyots” ilə seriyanın 4-cü qarşılaşmasında üz-üzə gəlib. Kolorado hokkeyçiləri birinci perioddan başlayaraq təşəbbüsü ələ alıblar. Onlar fasiləyədək rəqib qapısından 3 şayba keçirməyə müvəffəq olublar. Komandanın heyətində Nyeto hesabı açıb, Kadri isə dubl edib. İkinci hissədə tərəflər 1 dəfə fərqləniblər. Sonuncu hissədə Makar, Kalvert və Rantenenin dəqiq zərbələri “Kolorado Evelanş”ın inamlı qələbəsini təmin edib - 7:1.

Kolorado klubu seriyanın 4-cü görüşündə 3-cü dəfə qalib gələrək ümumi hesabı 3:1-ə çatdırıb.

Komandalar arasında növbəti oyun avqustun 20-də keçiriləcək.

Xəbər 628 dəfə oxundu.