“Real Sosyedad” David Silvanın transferini açıqlayıb
“Real Sosyedad” klubu ispaniyalı futbolçu David Silvanın transferini açıqlayıb.

34 yaşlı yarımmüdafiəçinin “Latsio”ya keçidi uzun müddət müzakirə olunsa da, o, Baskoniya klubunu seçib. Azad agent statusu ilə İspaniyaya gələn Silva yeni klubu ilə ikiillik müqavilə imzalayıb.

Futbolçu 10 il “Mançester Siti”də çıxış edərək klubun aparıcı simalarından birinə çevrilmişdi. Mançester təmsilçisinin rəhbərliyi də ispaniyalı oyunçunun xidmətlərini yaddan çıxarmayıb. David Silvanın şərəfinə “Etihad” stadionunun qarşısında heykəl ucaldılacağı açıqlanıb.

Xəbər 616 dəfə oxundu.