“Arsenal” klubu “Lill”in müdafiəçisi Qabrieli transfer etmək istəyir
“Arsenal” futbol klubu braziliyalı müdafiəçi Qabrieli transfer etmək üçün “Lill” ilə danışıqlar aparır.

Bu barədə İtaliyanın məşhur idman jurnalisti Nikola Skira məlumat yayıb. Mənbənin yazdığına görə, londonlular Qabrielə görə “Lill”ə 25+3 milyon avro təklif edir.

“Lill”in də bu məsələdə “Napoli” qarşısında öhdəliyi var. Belə ki, anlaşmaya görə Kulibali Neapol klubundan ayrılacağı halda, Qabriel bu komandaya üz tutmalıdır. “Napoli” Qabrielə görə “Lill”ə 22+3 milyon avro təklif edir.

Qabrielin xidmətində “Mançester Yunayted” və “Everton” da maraqlıdır.

İyirmi iki yaşlı braziliyalının 2017-ci ildə 3 milyon avro müqabilində “Avai” klubundan “Lill”ə keçib.

Xəbər 621 dəfə oxundu.