Avropa Cüdo Birliyinin seçki konqresinin Türkiyədə keçirilməsi planlaşdırılır
Bu ilin dekabrında Türkiyədə Avropa Cüdo Birliyinin (EJU) seçki konqresi keçiriləcək.

Bu barədə TASS informasiya agentliyinə təşkilatın prezidenti Sergey Soloveyçik məlumat verib.

S.Soloveyçik, həmçinin seçkilərdə iştirak edəcəyini və qurumun prezidentliyinə yenidən namizədliyini irəli sürəcəyini qeyd edib. Qurumun rəhbəri qarşıdakı yarışlarla bağlı açıqlamasında təqvimin hələ hazır olmadığını da diqqətə çatdırıb.

Qeyd edək ki, Tokio Olimpiadasına vəsiqə verən Avropa çempionatı Praqada aprelin 30-dan mayın 3-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən turnir noyabr ayına təxirə salınıb.

Xəbər 623 dəfə oxundu.