Azərbaycanlı hakimlər briqadası UEFA tərəfindən yeni təyinat alıb
Lüksemburqun “Proqress” klubunun Avropa Liqasının birinci təsnifat mərhələsində “Enqrodan” (Andorra) – “Zeta” (Monteneqro) cütünün qalibi ilə keçirəcəyi görüş azərbaycanlı hakimlərə həvalə edilib.

Matçın baş hakimi Rəhim Həsənov olacaq. Ona həmyerliləri Mübariz Haşımov və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakimi funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, görüş avqustun 26-da keçiriləcək.

Xəbər 564 dəfə oxundu.