Azərreyl”in yeni baş məşqçisi bir legioneri komandadan kənarlaşdırıb
“Azərreyl”in yeni baş məşqçisi Alessandro Çiappini daha bir legioneri komandadan kənarlaşdırıb. İdman.com.az saytının məlumatına görə, italiyalı mütəxəssis ABŞ millisinin voleybolçusu Tamas Cenefferi heyətdə görmək istəməyib.

Nəticədə təcrübəli oyunçu Bakının digər klubu – “Azəryolservis”lə müqavilə imzalayıb. Son 2 ildə “Azərreyl”də çıxış edən və bu klubla “Çelenc Cup”ın qızıl, Super Liqanın gümüş medalını qazanan 30 yaşlı Tamas yeni komandası ilə 1 illik anlaşıb.

“Azəryolservis” Tamasdan öncə isə Odina Əliyeva, Yelena Parxomenko və Anastasiya Qurbanova ilə müqavilə bağlayıb.

Qeyd edək ki, Çiappini ötən ilki heyətdən Polina Rəhimova, Oksana Parxomneko və Sara Anzanellonu komandada saxlayıb.

Xəbər 930 dəfə oxundu.