“Ordabası”–“Botoşani” matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Botoşani” (Rumıniya) matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Rauf Cabbarov olacaq. Ona həmyerliləri Namik Hüseynov və Elşad Abdullayev kömək edəcəklər. Dördüncü hakimi funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, görüş avqustun 27-də Qazaxıstandakı Kajımukan Munaytpasov adına stadionda keçiriləcək.

Xəbər 656 dəfə oxundu.