Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevin təyinatı UEFA tərəfindən ləğv edilib
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar birbaşa və uyğun tranzit təyyarə reyslərinin olmaması səbəbindən beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevin təyinatı UEFA tərəfindən ləğv edilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, A.Xudiyev UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) – “Tirana” (Albaniya) oyununa hakim-inspektor kimi təyinat almışdı.

Görüş avqustun 19-da Tbilisidə keçiriləcək.

Xəbər 636 dəfə oxundu.