İngiltərənin “Uotford” klubunun yeni baş məşqçisi müəyyənləşib
İngiltərənin “Uotford” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Geridə qalan mövsümün nəticələrinə əsasən İngiltərə Premyer Liqası ilə vidalaşan və yeni mövsümdən Çempionşipdə mübarizə aparacaq komanda Vladimir İviçə tapşırılıb.

Qırx üç yaşlı serb mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, 2013-cü ildən məşqçiliyə başlayan İviç, baş məşqçi kimi yalnız İsrailin “Makkabi” (Təl-Əviv) və Yunanıstanın PAOK klublarında çalışıb. O, hər iki klubla titul qazanıb.

Xəbər 634 dəfə oxundu.