ABŞ tennisçisi Cennifer Bredi Leksinqton turnirinin qalibi olub
ABŞ-ın Leksinqton şəhərində qadın tennisçilər arasında beynəlxalq turnirə yekun vurulub. Mükafat fondu 225 min ABŞ dolları olan WTA seriyalı yarışın qalibi ABŞ təmsilçisi Cennifer Bredi olub.

C.Bredi finalda isveçrəli Jil Taykmannla üz-üzə gəlib. Görüş 1 saat 44 dəqiqə çəkib. Mübarizəyə daha yaxşı başlayan C.Bredi ilk setdə 6:3 hesabı ilə qələbə qazanıb. Təşəbbüsü əldən verməyən amerikalı raketka ustası növbəti hissədə 6:4 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, C.Bredinin karyerasında ilk tituludur.

Xəbər 643 dəfə oxundu.