“Qarabağ” klubunun baş məşqçisi “Sileks” komandası ilə oyundan əvvəl mətbuat konfransı təşkil edib
Avqustun 17-də Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubuna qarşı keçirəcəkləri qarşılaşma ilə əlaqədar mətbuat konfransı təşkil edib.

Baş məşqçi mətbuat konfransında komandasının Bakıda oyunlarda daim fəal azarkeş dəstəyi hiss etdiyini vurğulayıb. O bu baxımdan azarkeşlərin oyuna buraxılmamasının rəqib üçün müəyyən üstünlük olacağını bildirib.

Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də saat 20:00-da başlayacaq. Bu görüşün qalibi II təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək.

Xəbər 619 dəfə oxundu.