Millimizin voleybolçusu Çempionlar Liqasında mübarizə aparacaq
Belarusun “Minçanka” voleybol komandası yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizovanın çıxış etdiyi klub turnirin ilkin təsnifat mərhələsində mübarizə aparacaq. İlkin təsnifat mərhələsində 12 komanda əsas mərhələyə yüksəlmək imkanı verəcək üç vəsiqə uğrunda mübarizə aparacaq.

Turnirin püşkatma mərasimi avqustun 21-də təşkil olunacaq.

Xəbər 664 dəfə oxundu.