“Zirə”nin sabiq müdafiəçisi Adrian Skarlatake karyerasını ölkəsində davam etdirəcək
Bakının “Zirə” futbol klubundan ayrılan Adrian Skarlatakenin yeni komandası müəyyənləşib.

Rumıniyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək.

Otuz üç yaşlı müdafiəçi yüksək liqa təmsilçisi “Hermanştadt”a keçib. Təcrübəli futbolçu ilə ikiillik müqavilə imzalanıb.

Futbolçu ölkəmizdə “Xəzər Lənkəran” və “Keşlə” klublarında da forma geyinib.

Xəbər 780 dəfə oxundu.