Millimizin futbolçusu ABŞ-ın Birinci liqasında növbəti oyununu keçirib
Futbol üzrə ABŞ-ın Birinci liqasında (USL) yeddinci turun oyunları keçirilib.

Milli komandamızın futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rayzinq” klubu “San Dieqo Loyal”ı qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Futbolçumuz oyuna start heyətdə daxil olub və 74-cü dəqiqədə əvəzlənib. Bu mövsüm 5 qol vuran R.Dadaşov bu dəfə fərləqnməyib.

Qeyd edək ki, “Finiks Rayzinq” hazırda 16 xalla “B” qrupunun lideridir.

Xəbər 711 dəfə oxundu.