Futbolçumuz Estoniya çempionatının 17-ci turunda məhsuldar ötürmə ilə yadda qalıb
Futbol üzrə Estoniya çempionatında 17-ci turun oyunları keçirilib.

Azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi “Narva Trans” doğma meydanda “Tallina Kalev”lə qarşılaşıb. Onun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Start heyətdə meydana çıxan N.Novruzov sonadək mübarizə aparıb. O, komandasının yeganə qolunun ötürməsini edib.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 17 turdan sonra 19 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər 534 dəfə oxundu.