U-21 millimizin oyunlarının stadionları müəyyənləşib
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, millimiz oktyabrın 8-də Nitra şəhərindəki Nitra stadionunda Slovakiya, oktyabrın 13-də isə Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda Gürcüstan yığması ilə qarşılaşacaq.

Xəbər 550 dəfə oxundu.