Bu gün UEFA Avropa Liqasının ikinci finalçısı müəyyənləşəcək
Bu gün UEFA Avropa Liqasında növbəti yarımfinal görüş keçiriləcək.

Almaniyanın Düsseldorf şəhərindəki eyniadlı arenada İtaliyanın “İnter” klubu Ukraynanın “Şaxtyor” komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunu polşalı Şimon Martsinyak idarə edəcək.

Qeyd edək ki, bu görüşün qalibi finalda İspaniyanın “Sevilya” komandası ilə üz-üzə gələcək. “Sevilya” yarımfinalda İngiltərənin “Mançester Yunayted” klubunu məğlub edib - 2:1. Həlledici qarşılaşma avqustun 21-də Köln şəhərində reallaşacaq.

Xəbər 570 dəfə oxundu.