"Keşlə" heyətinə yeni müdafiəçi cəlb edib
Paytaxtın "Keşlə" futbol klubu növbəti transferini reallaşdırıb.

Bakı təmsilçisi braziliyalı müdafiəçi Artur Batista de Souzanı heyətinə qatıb. 26 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, son iki mövsümü Ukraynanın “Vorskla” klubunda keçirən Artur 29 oyunda 3 qol ötürməsi verib.

Xəbər 800 dəfə oxundu.