“Zirə” növbəti transferini reallaşdırıb
Bakının "Zirə" futbol klubu heyətinə yeni futbolçu cəlb edib.

Rəşad Sadıqovun komandası Kayo Rangellə anlaşıb. 24 yaşlı braziliyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Hücumçu daha əvvəl ölkəsinin "Kruzeyro", "Krisiuma", "Yuventude", "Parana", "San Bento", "Ferrovayra", İtaliyanın "Kalyari", Portuqaliyanın "Arouka" və "Eştoril", klublarının da şərəfini qoruyub. Braziliyanın 17 yaşadək futbolçulardan ibarət millisində də 8 oyun keçirən vinger 3 dəfə fərqlənib.

Xatırladaq ki, "Zirə" bunadək Klesio Bauk, Rəşad Eyyubov, Kərim Diniyev, Sərtan Taşqın, Şəhriyar Rəhimov, Ruslan Qurbanov, Rəşad Əzizli, Tural Bayramlı, Ayxan Süleymanlı, Lazar Corceviç, Hacıağa Hacılı və Cəlal Hüseynovu heyətinə qatmışdı.

Xəbər 640 dəfə oxundu.