“Keşlə” klubunun yeni baş məşqçisi bəlli olub
ŞBu gün “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.

Müşavirənin sonunda Yunis Hüseynovun əsas komandanın yeni baş məşqçisi təyin olunması qərara alınıb.

Müşahidə Şurası üzvləri yeni mövsümdə Yunis Hüseynova uğurlar arzulayıb.

Qeyd edək ki, bundan əvvəl "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov idi.

Xəbər 767 dəfə oxundu.