UEFA Çempionlar Liqasının ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib
UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin yekunları əsasında ən yaxşı futbolçunun müəyyənləşdirilməsi üçün səsverməyə start verilib.

Siyahıya dörd futbolçunun - “Paris Sen-Jermen” klubunun hücumçusu Neymar, “Leyptsiq”in müdafiəçisi Dayot Upamekano, “Bavariya”nın forvardı Tomas Müller və “Lion”un ön xətt oyunçusu Mussa Dembelenin adları daxil edilib.

Neymar “Atalanta” ilə görüşün (2:1) ən yaxşısı seçilib. D.Upamekanonun çıxışı sayəsində komandası Madridin “Atletiko” klubu ilə qarşılaşmada qalib gələrək (2:1) yarımfinala vəsiqəni təmin edib. Tomas Müller “Bavariya”nın “Barselona”nı darmadağın etdiyi (8:2) görüşdə iki dəfə fərqlənib. Mussa Dembele isə “Mançester Siti” komandası (3:1) ilə qarşılaşmada dubl edib.

UEFA Çempionlar Liqasının yarımfinalında “Leyptsiq” - “Paris Sen-Jermen” və “Lion” – “Bavariya” görüşləri keçiriləcək.

Xəbər 653 dəfə oxundu.