Ümumdünya Şahmat Olimpiadası: ikinci divizionda sonuncu turların partiyaları oynanılır
Ümumdünya Şahmat Olimpiadasının ikinci divizionununda altı turun oyunları keçirilib.

A qrupunda Bolqarıstan və Almaniya, B qrupunda Rumıniya, C qrupunda İspaniya, D qrupunda Türkiyə və Norveç, E qrupunda Macarıstan və İngiltərə komandaları rəqiblərini üstələyiblər. Bu mərhələdə 5 qrupda 50 komanda mübarizə aparır.

Bu gün ikinci divizionda sonuncu turun oyunları keçirilir.
Qeyd edək ki, Olimpiada çərçivəsində artıq baza, dördüncü və üçüncü divizionların oyunları başa çatıb.

Turnirə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Olimpiada avqustun 30-dək davam edəcək.


Xəbər 630 dəfə oxundu.