“Sumqayıt” klubu Qazaxıstan millisində çıxış edən azərbaycanlı futbolçunun transferini reallaşdırıb
Ölkəmizi ilk dəfə UEFA Avropa Liqasında təmsil edəcək “Sumqayıt” futbol klubu növbəti transferini gerçəkləşdirib.

Vaxtilə Qazaxıstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında çıxış etmiş azərbaycanlı Kərəm Sultanov ilə müqavilə imzalanıb. İyirmi dörd yaşlı mərkəz müdafiəçisi yeni komandasında 4 nömrəli formada çıxış edəcək.


Xəbər 614 dəfə oxundu.