UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları məlum olub
UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin sonuncu oyunu keçirilib.

“Estadio Jose Alvalade” stadionunda “Mançester Siti” (İngiltərə) və “Lion” (Fransa) komandaları üz-üzə gəlib.

Görüş gözlənilmədən “Lion” klubunun qələbəsi ilə başa çatıb - 3:1.
Oyunda hesabı parislilər Maksvell Kornenin sayəsində açıb.
Fasiləyə kimi hesabı qoruyub saxlamağı bacaran “Lion” ikinci hissədə qapısında top görüb. Qarşılaşmanın 69-cü dəqiqəsində “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi komandasına vacib qol gətirib.
Qoldan 10 dəqiqə sonra “Lion” yenidən hesabda önə keçib.
Meydana yeni daxil olmuş Musa Dembele qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb. Bu da oyunda son qol olmayıb. Rəqibini əks hücumda yaxalayan “Lion” onu üçüncü dəfə meydanın mərkəzinə dəvət edib. Oyunun 87-ci dəqiqəsində Musa Dembele dublunu rəsmiləşdirib. Qalan dəqiqələrdə hesab dəyişilməyib.
Beləliklə, “Lion” bu qələbə sayəsində qitənin ən nüfuzlu klub turnirinin yarımfinalına vəsiqə qazanıb.
Fransızlar növbəti mərhələdə Almaniyanın “Bavariya” komandası ilə qarşılaşacaq.
Digər yarımfinal görüşündə isə “Paris Sen-Jemen” (Fransa) və “Leyptsiq” (Almaniya) komandaları üz-üzə gələcək.
Görüşlər avqustun 18-19-da təşkil olunacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılır.


Xəbər 670 dəfə oxundu.