"Trabzonspor"un futbolçusu koronavirusa yoluxub
Türkiyənin "Trabzonspor" klubunun futbolçusu koronavirusa yoluxub.

Əsas komanda üzvünün testi müsbət nəticələnib. Adı açıqlanmayan oyunçunun müalicəsinə başlanılıb və o, təcrid edilib.

Qeyd edək ki, daha əvvəl "Qalatasaray"da 2, "Fənərbağça"da isə 1 futbolçuda koronavirus aşkarlanıb.

Xəbər 708 dəfə oxundu.