"Sivasspor" klubu baş məşqçisi ilə müqaviləni yeniləyəcək
Türkiyənin “Sivasspor” futbol klubu baş məşqçisi Rıza Çalımbayla müqaviləsinin müddətini uzatmaqla bağlı razılıq əldə edib.

Tərəflər arasında uzun müddət davam edən danışıqlar müsbət nəticə verib. Əlli yeddi yaşlı mütəxəssislə müqavilənin imzalanma mərasimi “4 Eylül” stadionunda keçiriləcək.

Qeyd edək ki, R.Çalımbay bundan əvvəl 2010-2012-ci illərdə də “Sivasspor”un sükanı arxasında olub.

Xəbər 712 dəfə oxundu.