“Səbail”-“Keşlə” matçında qapılara qol vurulmayıb
Futbol üzrə Azərbaycan çempionatında yeni mövsümə hazırlıqlarını davam etdirən “Səbail” və “Keşlə” klubları avqustun 14-də yoxlama oyununda üz-üzə gəliblər.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən matçda qapılara qol vurulmayıb.

Bu komandaların Qəbələdəki toplanış çərçivəsində keçirdikləri yoxlama görüşündə “Keşlə” 2:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, “Səbail” Azərbaycan Premyer Liqasının birinci turunda səfərdə “Neftçi”, “Keşlə” isə “Sumqayıt” ilə qarşılaşacaq.

Xəbər 667 dəfə oxundu.