“Sumqayıt” futbol klubu heyətinə yeni futbolçu cəlb edib
2020/2021-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu növbəti futbolçunu heyətinə cəlb edib. Belə ki, son klubu İsfahanın “Sepahan” komandası olan Azərbaycan əsilli futbolçu Əli Qurbani ilə 1+1 illik müqavilə imzalanıb.

29 yaşlı hücumçu komanda da “9” nömrəli formada çıxış edəcək.

Cənubi azərbaycanlı olan Əli Qurbani “Nassaji” klubunun yetirməsidir. 2010-2011-ci illər mövsümündə adıçəkilən klubun əsas komandasının da formasını geyinib (18 oyun, 3 qol). Əli son klubu olan “Sepahan”la yanaşı (39 oyun, 4 qol) “Gahar” (23 oyun, 7 qol), “Shahr Khodro” (17 oyun, 3 qol), “Naft Tehran” (61 oyun, 16 qol), “İstiqlal” (55 oyun, 13 qol) və “Spartak Trnava” (9 oyun, 2 qol) klublarında da oynayıb.

Xəbər 681 dəfə oxundu.