Sumqayıt” Əli Qurbanini heyətinə cəlb edib
Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” futbol klubu növbəti futbolçunu heyətinə cəlb edib.

Son klubu İsfahanın "Sepahan" komandası olan Azərbaycan əsilli futbolçu Əli Qurbani komanda ilə 1+1 illik müqavilə imzalayıb. 29 yaşlı hücumçu “Sumqayıt”da “9” nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Cənubi Azərbaycandan olan Əli Qurbani “Nassaji” klubunun yetirməsidir. 2010-2011-ci illər mövsümündə adıçəkilən klubun əsas komandasının formasını geyinib (18 oyun, 3 qol). Əli son klubu “Sepahan”la yanaşı, (39 oyun, 4 qol) “Gahar” (23 oyun, 7 qol), “Shahr Khodro” (17 oyun, 3 qol), “Naft Tehran” (61 oyun, 16 qol), “İstiqlal” (55 oyun, 13 qol) və “Spartak Trnava” (9 oyun, 2 qol) klublarında da çıxış edib.

Xəbər 675 dəfə oxundu.