“Qarabağ” klubu Serbiya millisinin hücumçusunu transfer etmək istəyir
Ağdamın “Qarabağ” futbol klubu Serbiyanın “Srvena Zvezda” komandasının hücumçusu Milan Pavkovu transfer etmək istəyir.

Ağdam klubu 26 yaşlı hücumçuya ciddi maraq göstərir.

Serbiya klubu Pavkov üçün ötən illərdə 1,2 milyon avro təzminat istəyib. Ancaq Belqrad təmsilçisinin futbolçunu bu gün hansı qiymətə satmağa hazırlaşdığı məlum deyil. Forvard “Srvena Zvezda”dan ayrılmağa müsbət baxır. Çünki klub əsas hücumçu kimi “Panatinaikos”dan Federiko Makedanı almağa hazırlaşır.

Pavkov 2017-ci ildən “Srvena Zvezda”da çıxış edir. Serbiya millisinin üzvü ötən mövsüm keçirdiyi 29 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun “Transfermarkt”da dəyəri 2,2 milyon avrodur.

Xəbər 758 dəfə oxundu.