Həbib Nurməhəmmədov 2021-ci ilin yazında Jorj Sen-Pyer ilə döyüşmək istədiyini bildirib
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu Həbib Nurməhəmmədov 2021-ci ilin yazında kanadalı idmançı Jorj Sen-Pyer ilə döyüşmək istədiyini bildirib.

Bu barədə idmançı mətbuat konfransında məlumat verib. H.Nurməhəmmədov qeyd edib ki, Jorj Sen-Pyer ilə döyüşmək onun və mərhum atasının arzusu olub. O, amerikalı Castin Getji ilə oktyabrın 24-də baş tutacaq qarşılaşmadan qalib ayrılacağı təqdirdə, apreldə kanadalı rəqibi ilə döyüşə biləcəyini vurğulayıb.

H.Nurməhəmmədov sonuncu döyüşünü 2019-cu ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Otuz bir yaşlı idmançı keçirdiyi 28 döyüşün hamısında qalib gəlib.

Jorj Sen-Pyer isə karyerası ərzində 28 döyüş keçirib, onlardan 26-da qalib gəlib.

Xəbər 697 dəfə oxundu.